“Azərreyl” kapitanı ilə yollarını ayırdı
21.04.2014 - 14:54
“Azərreyl” kapitanı ilə yollarını ayırdı

“Azərreyl”in yollarını ayırdığı ilk voleybolçunun adı məlum olub. Apasport.az saytının məlumatına görə, Super Liqanı 4-cü yerdə başa vuran “dəmiryolçular” serbiyalı legioneri Dusanka Kariçlə vidalaşıblar.

 

Komanda rəhbərliyi 28 yaşlı kapitanla vaxtı başa çatmış müqaviləni yeniləməyi lazım bilməyib. Artıq vətəninə yola düşən Kariç Azərbaycanı unutmayacağını bildirib: “Komanda yoldaşlarıma təşəkkür edirəm. Onlar böyük oyunçu, daha önəmlisi isə böyük insanlardır. Mənim üçün onlarla birgə oynamaq böyük məmnunluq idi. Komanda yoldaşlarımın yanında mən də ürəklə oynayırdım. İndi mən onların hamısı, “Azərreyl” üçün darıxacam”.

 

Qeyd edək ki, Kariç “Azərreyl”ə 2013/2014 mövsümünün startında transfer olunmuşdu.

 

 

0