Azərbaycan – Özbəkistan: Kim güclüdür?
21.04.2014 - 16:10
Azərbaycan – Özbəkistan: Kim güclüdür?

Avqustun 20-də Azərbaycan millisi tarixi ərzində ən çox qarşılaşdığı rəqiblə görüşəcək. Apasport.az saytının məlumatına görə, Özbəkistanla Bakıda baş tutacaq qarşılaşma bu komandalar arasında yubiley – 10-cu matç olacaq.

 

İndiyədək asiyalıları 4 dəfə məğlub edən millimiz 3 dəfə bərabərliklə kifayətlənib. Özbəkistanlılar 2 dəfə sevinsə də, bunların birində böyük hesab qeydə alınıb. Lakin top fərqində yenə yığmamız öndədir – 11:10.

 

10 ildən sonra Azərbaycan Özbəkistanı Bakıda qəbul edəcək. Sonuncu dəfə 2004-cü ildə meydan sahibi kimi çıxış edən komandamız evdə keçirdiyi 3 oyunun hamısında qalib gəlib. Yığmamız son 6 dueldə özbəkistanlılara uduzmayıb.

 

24 aprel 1998. Bakı. YO. Azərbaycan – Özbəkistan - 2:1

18 avqust 1999. Səmərqənd. YO. Özbəkistan – Azərbaycan - 5:1
15 fevral 2001. Albena. YO. Özbəkistan – Azərbaycan - 2:1
21 avqust 2002. Bakı. YO. Azərbaycan – Özbəkistan - 2:0

28 may 2004. Bakı. YO. Azərbaycan – Özbəkistan - 3:1
7 fevral 2007. Karşi. YO. Özbəkistan – Azərbaycan - 0:0
7 mart 2007. Çimkənd. BT. Özbəkistan – Azərbaycan - 0:1
1 fevral 2009. Dubay. YO. Azərbaycan - Özbəkistan - 1:1
1 fevral 2013. YO. Dubay. Azərbaycan – Özbəkistan - 0:0

 

Qeyd: YO - yoldaşlıq oyunu, BT – beynəlxalq turnir.

0