“Hafiz Məmmədov həvəskardır”
21.04.2014 - 16:37
“Hafiz Məmmədov həvəskardır”

“O, futbol həvəskarıdır. “Lans”ı yaxşı tanıyır və onun gəlişi bizi razı salır”. Apasport.az saytının məlumatına görə, bunu “Lans”ın baş məşqçisi Antuan Kombuare deyib.

 

“Lans”ın 50 yaşlı çalışdırıcı klubun sahibi Hafiz Məmmədov haqqında danışıb. O bildirib ki, azərbaycanlı iş adamının gəlişi ilə Fransa klubu dağılmaqdan xilas olub.

 

Kombuare Hafiz Məmmədov və “Lans”ın prezidenti Jerve Marteli tərifləməyi də unutmayıb: “Əgər Məmmədov bura gəlməsəydi, daha “Lans” olmayacaqdı. Bu, bizə komandanı yenidən qurmaq üçün zəmin yaratdı. Mən həmişə Jerve Martelin işini də yüksək qiymətləndirmişəm. Hazırda böyük azarkeş kütləmiz var və istərdim ki, məşqçi qismində burda işimi davam etdirim”.

 

0