Rəcəbov diskvalifikasiya olundu
22.04.2014 - 12:59
Rəcəbov diskvalifikasiya olundu

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Apasport.az xəbər verir ki, iclasda birinci divizionla bağlı olan neqativ hallara da qiymət verilib. “Neftçala” – “Şahdağ” matçının 42-ci dəqiqəsində qonaq komandanın futbolçusu Murad Rəcəbovun ikinci sarı vərəqə aldıqdan sonra hakimə fiziki təsir göstərdiyinə görə 10 oyunluq cəzalanıb və klubu 1000 manat cərimə olunub.

 

Qeyd edək ki, “Bakı” klubunun futbolçusu Etto da hakimə fiziki təsir göstərdiyinə görə eyni cəzaya məruz qalıb.

0