“Mançester Yunayted”də baş məşqçi məsələsinə aydınlıq gəldi
22.04.2014 - 13:58
“Mançester Yunayted”də baş məşqçi məsələsinə aydınlıq gəldi

İngiltərənin “Mançester Yunayted” klubu baş məşqçi məsələsinə aydınlıq gətirib. Apasport.az saytının məlumatına görə, uğursuz nəticələr üzündən vəzifəsindən kənarlaşdırılan Devid Moyesi əvəzləyəcək şəxsin adı açıqlanıb.

Belə ki, mövsümün sonunadək baş məşqçi vəzifəsini icra etmək Rayan Giqqzə həvalə olunub. 40 yaşlı çalışdırıcı komandanı bu gün ilk məşqinə çıxaracaq.

Qeyd edək ki, Giqqz cari mövsümün startından Moyesin korpusunda oynayan məşqçi kimi yer alırdı.
 

0