Alvaro: Şansımız var
22.04.2014 - 15:33
Alvaro: Şansımız var

"Bakı” ilə matçımız hər iki komanda üçün çox vacib idi. Belə oyunlar 3 yox, 6 xal uğrunda olur”. Apasport.az saytının məlumatına görə, bu sözləri “İnter”in futbolçusu Mikel Alvaro deyib.

 

Topaz Premyer Liqasının XXXI turunun “Bakı” ilə səfər oyunu haqda fikirlərini açıqlayan ispaniyalı yarımmüdafiəçi 4:0 hesablı qələbənin dəyərli olduğunu bildirib: "Bakı" ilə görüşə çox yaxşı hazırlaşmışdıq. Düşünürəm ki, yaxşı mübarizə apardıq və layiq olduğumuz qələbə qazandıq. Son oyunlarda komandamız yaxşı futbol sərgiləyir. Hədəfimiz medalçılar arasında yer almaqdır. Bizim bunu etməyimiz üçün yaxşı şanslarımız var. Çempionatda daha 5 tur qalıb və bu görüşlərdə özümüzü yaxşı tərəfdən göstərib, mövsümü yaxşı şəkildə başa çatdırmaq istəyirik".

 

Qeyd edək ki, Alvaro mövsümdə 4-cü qolunu “Bakı” ilə oyunda vurub.

 

Mənbə: inter.az

0