“Sərhədçi”də 4 məşqçinin iştirakı ilə mətbuat konfransı
22.04.2014 - 16:04
“Sərhədçi”də 4 məşqçinin iştirakı ilə mətbuat konfransı

Futzal üzrə UEFA kubokunun final mərhələsinin görüşləri ilə əlaqədar “Sərhədçi” Olimpiya İdman Mərkəzində mətbuat konfransları təşkil olunacaq. Apasport.az AFFA-nın saytına istinadən xəbər verir ki, sabah saat 17:30-da “Kayrat” – “Dinamo”, saat 17:45-də isə “Araz” – “Barselona” matçı ilə bağlı komandaların baş məşqçiləri jurnalistlərin suallarını cavablandıracaqlar. 

Qeyd edək ki, yarımfinal oyunları aprelin 24-də keçiriləcək.

 

0