Ən uğurlu baş məşqçi kimdir: Hacıyev, Qurbanov, yoxsa Sxadadze?
22.04.2014 - 17:00
Ən uğurlu baş məşqçi kimdir: Hacıyev, Qurbanov, yoxsa Sxadadze?

Hazırda Topaz Premyer Liqasında çalışanlar arasında ən uğurlu məşqçinin kimliyi müzakirə mövzusuna çevrilib. Apasport.az saytının məlumatına görə, son vaxtlar “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla “Neftçi”nin çalışdırıcısı Böyükağa Hacıyev nəticələri müqayisə olunur.

 

Bu iki mütəxəssis, həmçinin “İnter”in çalışdırıcısı Kaxaber Sxadadze indiki klublarında 100 oyun səddini arxada qoyan “üçlük” təşkil edir. Elə bu 3 çalışdırıcının başında olduğu klubla nail olduqlarına əsasən, müəyyən qənaətə gəlmək mümkündür.

 

Mütəxəssislərin indiki klubunda keçirdiyi oyunlarda göstərdiyi nəticələrə baxdıqda, Qurbanov cüzi üstünlüyə malikdir. Onun komandası mümkün olan xalların 60 faizindən artığını qazanıb. Sxadadze az fərqlə ikincidirsə, Hacıyev onların hər ikisində geri qalır.

 

Qazanılan titulların sayına gəlincə, Hacıyev daha uğurlu sayılır. Həmkarları ilə müqayisədə daha az müddət indiki klubunda olan mütəxəssis onların ikisinin birlikdə qazandığından da artıq titul əldə edib. Qurbanov isə cari mövsümün çempionluğu rəsmiləşmədiyindən, hələ xeyli geridədir.

 

Nəticələrə əsasən

Məşqçi

Klubu

O

Q

H

M

T/F

X

%

1

Qurban Qurbanov

“Qarabağ”

238

122

69

47

313-181

435

60,9

2

Kaxaber Sxadadze

“İnter”

200

101

56

43

265-153

359

59,8

3

Böyükağa Hacıyev

“Neftçi

106

53

25

28

163-109

184

57.9

 

Uğurlara əsasən
 

Məşqçi

Klubu

Titul sayı

Titullar

1

Böyükağa Hacıyev

“Neftçi

3

Çempion 2011/12, 2012/13

Kubokun sahibi 2012/13

2

Kaxaber Sxadadze

“İnter”

1

Çempion 2009/10

3

Qurban Qurbanov

“Qarabağ”

1

Kubokun sahibi 2008/09

0