“Beşiktaş” yaralı futbolçusunu “Rubin”ə qaytarır
22.04.2014 - 20:27
“Beşiktaş” yaralı futbolçusunu “Rubin”ə qaytarır

 

“Beşiktaş” futbol klubu bir neçə gün öncə gecə klubunda odlu silahdan açılan atəş nəticəsində yaralanan Gökhan Törəni “Rubin”ə qaytarır. Apasport.az saytının məlumatına görə, İstanbul klubunun başqanı Fikrət Orman Törəni icazəsiz gecə klubuna getdiyi üçün 100 avro cərimələmək qərarına da gəlib.

 

Gökhan Törəni İstanbulun gecə klublarından birində iş adamı güllələyib. İlkin məlumata görə, hadisə qısqanclıq zəminində baş verib. Bəzi məlumatlara görə, Törənin həmin iş adamının sevgilisinə baxması sonuncunun xoşuna gəlməyib. Atəş nəticəsində daha bir neçə nəfər də yaralanıb.

 

22 yaşlı Gökhan Törə “Beşiktaş”ın heyətində 2013-cü ilin iyulundan icarə əsasında çıxış edir. Bu ilin aprelində İstanbul klubunun onu almaq istədiyi bildirilirdi. Amma gecə klubundakı hadisə Törənin “Beşiktaş” karyerasının üstündən xətt çəkib.

 

 

0