Məmmədyarov: Mənasız risk məğlubiyyətə səbəb oldu
22.04.2014 - 20:52
Məmmədyarov: Mənasız risk məğlubiyyətə səbəb oldu

“Shamkir Chess 2014” turnirində III turda Hikaru Nakamuraya məğlub olan Şəhriyar Məmmədyarov partiya haqqında danışıb. Apaspor.az saytının məlumatına görə, məmmədyarov riskin qurbanı olduğunu bildirib: “Hər şey yaxşı başladı. Debütdən sonra təhlükə yox idi. Sadəcə risk etdim və sonu hamıya məlumdur. Gedişləri hesablamışdım və heç bir təhlükə görmürdüm. Mənasız risk hər şeyi məğlubiyyətə doğru apardı. Sona vəziyyət kritik oldu, artıq çıxış yolu yox idi”.

 

Hikaru Nakamura isə qələbənin vacib olduğunu qeyd edib: “Normal partiya oldu. Karlsenə ötən gün məğlubiyyətdən sonra bəzi dəyişikliklər etdim. Vəzirlə düzgün oynadım və qazandım. Fikrimcə bu qələbə mənə çox lazım idi. Bununla belə ən çətin oyunların qarşıda olduğunu düşünürəm”.

 

0