[b]Mondraqon karyerasını başa vurdu[/b]
22.04.2014 - 21:35
[b]Mondraqon karyerasını başa vurdu[/b]

“Qalatasaray” tarixində klubun ən yaxşı qapıçılarından olan Fərid Mondraqon futbola vidalaşıb. Apasport.az saytının məlumatına görə, “Deportivo Kali” klubundan oynayan ulduz futbolçu dünən “La Equidad” klubu ilə görüşdən sonra “klubda son rəsmi oyunuma çıxdım” deyə açıqlama verib.

 

Mondraqon bildirib ki, ancaq dünya çempionatında iştirak etmək üçün Kolumbiya millisinə çağırıldığı halda yaşıl meydana dönə bilər: “Əgər yığmaya çağırılmaq şərəfi nəsib olsa, yaşıl meydana çıxacağam. Və dünya çempionatından sonra rəsmən təqaüdçü olacağam. Əgər çağırılmasam, sonuncu rəsmi matçımı artıq oynadım”.

 

42 yaşlı Mondraqonu “Qalatasaray” tərəfdarları “Mondi” deyə çağırırlar. Ölkəsində isə Türkiyədə oynaması səbəbindən ona “El Turko” (türk) ləqəbi verilib. Mondraqon “Qalatasaray”la 2 dəfə Türkiyə çempionu olub, 1 dəfə Türkiyə kubokunu qazanıb.

 

Mondraqon dünya çempionatına dəvət aldığı təqdirdə, yeni rekorda imza atacaq. Çempionat zamanı 43 yaşına keçəcək qapıçı Roce Millanın rekordunu qıraraq, dünya çempionatları tarixində ən yaşlı futbolçu kimi tarixə düşəcək.

 

 

0