Qətərdən 2022 dünya çempionatı şoku
22.04.2014 - 23:25
Qətərdən 2022 dünya çempionatı şoku

Futbol üzrə 2022-ci il dünya çempionatına ev sahibliyi edəcək Qətər FİFA-nı şoka salıb. Apasport.az saytının məlumatına görə, yarışı keçirmək hüququ qazanmamışdan öncə 12 stadion tikəcəyinə söz verən ərəb ölkəsi, geriyə addım atıb.

 

Qətərin artıq 12 deyil, 8 stadion tikəcəyi bildirilir. Ölkə rəsmiləri açıqlama verməkdən yayınaraq, ancaq tikiləcək stadion sayı ilə bağlı mübahisələr olduğunu bildirməklə kifayətləniblər.

 

Qeyd edək ki, həddən artıq isti iqlimi səbəbindən turnirin keçirilməsi hüququnu qazanmamışdan öncə və sonra tənqid edilən Qətər stadionların sərinlədilməsi üçün bütün tədbirlərin görüləcəyinə, yeni stadionlar, təhlükəsizlik sistemləri və hava limanları üçün 200 milyard dollar xərclənəcəyinə də söz vermişdi. Amma yarışın keçirilməsi hüququnu əldə edəndən sonra stadionların tikintisində çalışan minlərlə insanın təhlükəsizlik problemi yaşanır və onlarla insanın tikinti zamanı həyatını itirib. Bu səbəbdən də dünya çempionatının Qətərdən alınması tələbi daha tez-tez səslənməyə başlayıb.

 

 

0