Selcuka Premyer Liqadan təklif
22.04.2014 - 23:55
Selcuka Premyer Liqadan təklif

“Qalatasaray”da ciddi problemlər yaşayan Selcuk İnan İngiltərəyə gedə bilər. Apasport.az saytının məlumatına görə, ikinci liqadan Premyer Liqaya qayıdan “Lester Siti” Türkiyə millisinin oyunçusuna cəzbedici təklif irəli sürüb.

 

İnformasiyaya görə, “Lester Siti” futbolçuya ildə 3,1 milyon funt (həftədə 65 min funt) təklif edib. Baş məşqçi Roberto Mançini ilə ciddi problemlər yaşayan Selcukun da təklifə müsbət yanaşdığı bildirilir. İngilis klubunun tailandlı sahibi Vişai Şrivaddhanaprabhın Premyer Liqada öz yerini qoruya biləcək bir komanda qurmaq istədiyi və Selcuka da həmin komandada önəmli yer ayrıldığı vurğulanır.

 

Bəzi məlumatlara görə, “Lester Siti” futbolçuya hələ fevral ayında təklif irəli sürüb. Selcuk isə komandanın yüksək liqaya qayıdacağı təqdirdə bunun baş tuta biləcəyini bildirib. Qeyd edək ki, “Lester Siti”nin Selcukla 2016-cı ilə qədər müqaviləsi olan “Qalatasaray”la da dil tapması lazımdır.

 

 

0