“Barselona” prezidenti dərdini Blatterə danışacaq
23.04.2014 - 04:37
“Barselona” prezidenti dərdini Blatterə danışacaq

“Barselona” prezidenti Xosep Mariya Bartomeu mayın 6-da FİFA prezidenti Yozef Blatterlə görüşəcək. Apasport.az saytının məlumatına görə, görüşdə Kataloniya klubuna yeni oyunçuların alınması qadağası müzakirə olunacaq.

 

Xatırladaq ki, FİFA aprelin 2-də rəsmi açıqlama ilə çıxış edərək, “Barselona”ya 2 transfer mövsümündə yeni oyunçular alınmasının qadağan edildiyini bildirib. Ali futbol qurumu bunun Kataloniya klubunun beynəlxalq transferlər və yeniyetmə futbolçuların qeydiyyatı zamanı qaydaları pozması ilə bağlı olduğunu bildirib.

 

Bartomeu və Blatter görüş barədə telefon danışığı zamanı razılaşma əldə ediblər. “Barselona” prezidenti bu görüşdə qadağanın ləğv edilməsinə nail olmaq niyyətindədir. Təkbətək görüş İsveçrədə keçiriləcək.

 

 

0