Qvardiola: Ronaldonu meydanda görmək istəyirəm
23.04.2014 - 05:26
Qvardiola: Ronaldonu meydanda görmək istəyirəm

“Bavariya” futbol klubunun baş məşqçisi Xosep Qvariola Çempionlar Liqasının “Real Madrid”ə qarşı oynayacaqları ilk yarımfinal oyunu barədə danışıb. Apasport.az saytının məlumatına görə, ispaniyalı mütəxəssis rəqibin çox güclü komanda olduğunu vurğulayıb.

 

Qvardiola futbolçularının Almaniya çempionluğu eyforiyasından xilas olduqlarını və Madrid klubu ilə mübarizəyə hazırlaşdıqlarını qeyd edib: “İnsanların çoxu əmindir ki, əgər komanda bir dəfə udubsa, ikinci dəfə də qalib gələcək. Amma pulu, yaxşı futbolçuları və əla səviyyəsi olan digər komandaların da mövcudiyyətini unutmaq olmaz. Böyük uğurlara imza atandan sonra bunun barəsində düşünməmək tamamilə normaldır. Mən Almaniya çempionluğunu vaxtından xeyli əvvəl qazanan komandamla fəxr edirəm. Milli çempionatda qalib gələndən sonra marağımızı itirdik. Amma “Bavariya”nın son oyunlarda qələbə əzmkarlığı nümayiş etdirməsi sevindirir. Biz Almaniya kubokunun finalına və Çempionlar Liqasının yarımfinalına qədər də irəliləmişik. Komanda böyük iş görüb. “Barselona” ilə uğurlarım barədə danışmaq istəmirəm – başqa zaman və başqa şərait idi. Biz “Real”a qalib gəlmək üçün maksimum səy göstərməliyik. Madridlilər Karlo Ançelottinin rəhbərliyi altında əla oyun nümayiş etdirirlər. Onlar həmişə çətin rəqib olublar – mən bunu şəxsi təcrübəmdə bilirəm. Ümid edirəm ki, Kriştiano Ronaldo meydana çıxacaq. Azarkeşlər onu görmək istəyirlər. Amma Ronaldosuz da “Real”ın oyunu dəyişməyəcək”.

 

 

0