Yığmamızın rəqibinin ən yaxşısı müəyyənləşdi
23.04.2014 - 08:00
Yığmamızın rəqibinin ən yaxşısı müəyyənləşdi

Norveçdə ilin futbolçusu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, AVRO-2016-nın seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Norveç yığmasının üzvü Per Silian Şelbred ölkəsinin ən yaxşısı seçilib.

 

Almaniyanın “Hamburq” klubuna məxsus olan. Lakin icarə əsasında “Herta”da çıxış edən 27 yaşlı yarımmüdafiəçi cari mövsüm klubunda 25, millisində 3 matç keçirib.

 

Qeyd edək ki, Şelbredin yer aldığı Norveç yığması bu il noyabrın 16-da Bakıda qarşılaşacaq.  

0