Çempionlarımızın qənimi yenidən zirvədə
23.04.2014 - 08:07
Çempionlarımızın qənimi yenidən zirvədə

Xorvatiya çempionatının sonuna 4 tur qalmış qızıl medalların sahibinin adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, Zaqreb “Dinamo”su “Draqovolyats”ı 5:0 hesabı ilə darmadağın edərək çempion titulunu təmin edib.

 

Finişə 4 tur qalmış ən yaxın izləyicisini 14 xal qabaqlayan “Dinamo” ardıcıl 9-cu dəfə Xorvatiyanın ən yaxşısı olub. Ümumilikdə isə zaqreblilər 11-ci dəfə bu titula yiyələnib.

 

Qeyd edək ki, Çempionlar Liqasının II təsnifat mərhələsinə vəsiqə qazanan “Dinamo” təmsilçilərimizin qənimi sayılır. Xorvatiyalılar 2 dəfə Azərbaycan çempionunu bu mərhələdən kənarlaşdırıb. 2007/08 mövsümündə “Xəzər Lənkəran” (1:1, 1:3), 2011/12 mövsümündə isə “Neftçi” (0:3, 0:0) “Dinamo” önündə aciz qalıb.

0