Türkiyə millisinin sabiq baş məşqçisi “Qəbələ” futbolçularını meydana çıxaracaq
23.04.2014 - 09:04
Türkiyə millisinin sabiq baş məşqçisi “Qəbələ” futbolçularını meydana çıxaracaq

13 yaşadək futbolçular arasında Antalyada keçirilən V Vodafone turnirinin iştirakçısı olan “Qəbələ” futbolçuları bu gün ənənəvi olaraq baş tutacaq All Star matçında iştirak edəcək. Apasport.az saytının məlumatına görə, bu görüşdə turnirdə iştirak edən türk futbolçularla əcnəbi oyunçuların yığma komandaları üz-üzə gələcək.

Burda “Qəbələ”dən özünü yaxşı tərəfdən göstərmiş minimum 1 futbolçu heyətə daxil ediləcək. Əcnəbilərin yığma komandasını Türkiyə millisinin və “Bursaspor”un sabiq baş məşqçisi Zepp Piontek meydana çıxaracaq. Yerli futbolçulardan qurulma komanda isə hazırda məşqçilik karyerasını “Vilyarreal”ın aşağı yaş qruplarında davam etdirən Nihat Kahveciyə tapşırılıb.

0