Çempionla liderin dueli canlı yayımda
23.04.2014 - 09:31
Çempionla liderin dueli canlı yayımda

Topaz Premyer Liqasının XXXII turunun iki oyunu canlı yayımlanacaq. Apasport.az saytının məlumatına görə, “İdman Azərbaycan” kanalının azarkeşlərə nümayiş edəcəyi matçlar müəyyənləşib.

Tamaşaçılar əvvəl əyalət klubları “Qəbələ” və “Simurq”un oyununu izləyəcək. Oyunları eyni gündə baş tutacaq turun yayımlanacaq digər matçı isə son çempion “Neftçi” ilə indiki lider “Qarabağ” arasında olacaq.

27 aprel (bazar)
20:00. “Qarabağ” – “Neftçi”

Tofiq Bəhramov adına Respublika stadionu

16:00. “Qəbələ” – “Simurq”
Qəbələ şəhər stadionu

Mənbə: pfl.az

0