[b]“Everton”un futbolçusu millimizlə oyuna çağırıldı[/b]
23.04.2014 - 09:39
[b]“Everton”un futbolçusu millimizlə oyuna çağırıldı[/b]

Avstriya və İtaliyada keçirilən ənənəvi “Delle Natsioni” beynəlxalq turnirində iştirak edəcək 17 yaşadək millimizin qrupdakı ilk rəqibi olan Çili yığması heyətini açıqlayıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Alfredo Qrelak 18 futbolçunu İtaliyaya gətirib.

Heyət Çili klublarında çıxış edən 1998 təvəllüdlü futbolçulardan qurulub: Zakarias Lopes (San-Markos de Arika), Andres Martines, Valter Ponse (hər ikisi “Palestino”), Alonso Rodriges, Yerko Leyva, Kamilo Moya, Marselo Sandoval, Felipe Molina, Matias Qaldameş (hamısı “Universidad de Çili”), Eduardo Leyva (Everton), Dieqo Qonsales (O'Hiqqins), Roberto Romero, Rene Melendes, Kristofer Varqas (hər üçü “Audaks İtalyano”), David Enrikes, Andres Fernandes, Xuan Xose Soriano (hər üçü “Universidad Katolika”), Rodriqo Aqurto (Deportes Temuko).

Millimiz Çili yığması ilə Avstriyanın Köçax-Mauten qəsəbəsindəki stadionda qarşılaşacaq. Bu görüş aprelin 25-də keçiriləcək.

Qeyd edək ki, yığmamız uğurla çıxış edəcəyi halda aprelin 29-da yarımfinal və mayın 1-də final oyununda iştirak edə bilər.
 

0