Finala son addım
23.04.2014 - 09:52
Finala son addım

Sabah Azərbaycan kubokunda yarımfinal mərhələsinə yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, cavab oyunları çərçivəsində baş tutacaq 2 qarşılaşma ilə finalçıların adlarına aydınlıq gələcək.

Günün ilk matçı paytaxtda keçiriləcək. Bakının iki klubu “Rəvan” və “Neftçi” ilk finalçı olmaq üçün mübarizə aparacaq. Ardıcıl 3-cü finalına can atan Böyükağa Hacıyevin yetirmələri ilk dəfə yarımfinal həyəcanı yaşayan autsayderin qonağı olacaq.

Öz meydanında rəqibini yenə bilməyən “ağ-qaralar” səfərdə mərhələ keçməyə çalışacaq. Topaz Premyer Liqasında qalmaq uğrunda mübarizə aparan. Eyni zamanda avrokubok iddiasında olan “Rəvan” səfər qolu üstünlüyündən yararlanmaq iddiasındadır.

Əyalət klublarının dueli də qitə arenasına çıxmaq baxımından önəmlidir. Çempionat yolu ilə də Avropa Liqasına yüksəlmək şansını qoruyan “Qəbələ” işini asanlaşdırmaq üçün kubokda irəliləmək iddiasındadır. İlk matçda rəqibini 3 cavabsız qolla yenən Yuri Syominin yetirmələrinin finala çıxması da nisbətən asan görünür.

Bütün ümidləri kubokla bağlı olan “Xəzər Lənkəran”ın işi isə daha çətindir. Cənublular doğma arenada 3 top fərqli məğlubiyyətin əvəzini çıxmalıdır. Tarixində ilk dəfə finala çıxmağa çox yaxın olan “Qəbələ”ni çempionatda 2 dəfə məğlub edən Mustafa Dənizlinin yetirmələri daha vacib qarşılaşmada da həmin uğuru təkrarlamaq niyyətindədir.

Yarımfinal, cavab oyunları
24 aprel (cümə axşamı)


17:00. "Rəvan" - "Neftçi"

"Bayıl Arena" stadionu
İlk oyun – 1:1

19:00. "Xəzər Lənkəran" - "Qəbələ"
"Xəzər Lənkəran" mərkəzi stadionu
İlk oyun – 0:3
 

0