“Bakı”: 4 futbolçusuz, amma topla
23.04.2014 - 10:39
“Bakı”: 4 futbolçusuz, amma topla

Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Bakı” Topaz Premyer Liqasının XXXII turunun hazırlıqlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi “Sumqayıt”la oyuna tam heyətlə hazırlaşa bilmir.

 

Buna zədəli futbolçuların çoxluğu səbəb olub. Belə ki, ispaniyalı Ruben Qonzales bu gün səhər məşqçinə qatılmayıb. Onun nə vaxt məşqlərə start verəcəyi hələ bilinmir. Onun kimi, Rauf Əliyev də çalışmalarda iştirak etmir.

 

Daha iki futbolçu isə fərdi məşq keçir. Bunlar Əfran İsmayılov və Namiq Ələsgərovdur. Baş məşqçi Milinko Pantiç Premyer Liqada qalmaq üçün mübarizə aparan rəqiblə matçın çalışmalarında toplu məşqlərə üstünlük verir.

 

Qeyd edək ki, “Sumqayıt” - “Bakı” oyunu aprelin 27-də keçiriləcək.

0