Məmmədyarov və Rəcəbovdan heç-heçə, Karlsen uduzdu
23.04.2014 - 19:52
Məmmədyarov və Rəcəbovdan heç-heçə, Karlsen uduzdu

Mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “Shamkir Chess-2014” turnirində bu gün IV turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan şahmatçıları - Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov növbəti ciddi sınaqda qüvvələrini sınayıblar.

 

Belə ki, autsayder mövqeyində olan Məmmədyarov rusiyalı Sergey Karyakinlə üz-üzə gəlib. Qara fiqurlarla oynayan təmsilçimiz heç-heçəyə nail olub.

 

Rəcəbov isə həmyerlisinin qisasını almağa çalışıb. Şahmatçımız ötən tur Məmmədyarovu məğlub edən Hikaru Nakamuranı sınağa çəkib. Rəcəbovun bütün cəhdlərinə baxmayaraq, bu oyun da bərabərliklə başa çatıb.

 

Dünya çempionu Maqnus Karlsen isə gözlənilmədən Fabiano Karuanaya məğlub olub. 

 

23 aprel

IV tur

Fabiano Karuana (İtaliya) - Maqnus Karlsen (Norveç) - 1:0

Teymur Rəcəbov (Azərbaycan) - Hikaru Nakamura (ABŞ) - 0,5:0,5

Sergey Karyakin (Ukrayna) – Şəhriyar Məmmədyarov (Azərbaycan) - 0,5:0,5

 

Turnir cədvəli: Karlsen, Karuana – 2,5 xal; Karyakin, Rəcəbov, Nakamura –  2 xal;  Məmmədyarov – 1 xal.

0