[b]Berti Foqts: Heç vaxt tribunadan oyun izləməmişəm[/b]
23.04.2014 - 11:59
[b]Berti Foqts: Heç vaxt tribunadan oyun izləməmişəm[/b]

“Azərbaycan azarkeşləri UEFA kubokunun “Dördlər finalı”nda əsl bayram əhval-ruhiyyəsi yaradacaq. Bu turnir azarkeşlərin dəstəyi baxımından yadda qalacaq. Azərbaycanlı fanatlar komandalarını necə ruhlandırmağı yaxşı bilirlər”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Berti Foqts deyib.
 

Almaniyalı mütəxəssis Bakıda keçiriləcək “Dördlər finalı” ərəfəsində turnir haqda fikirlərini UEFA-nın rəsmi saytına açıqlayıb: “Futbolçu olduğumuz vaxtlar biz də arabir futzal oynayırdıq. Lakin bu idman növü Almaniyada o qədər də populyar deyil. Azərbaycan millisinin baş məşqçisi təyin olunandan sonra bu ölkənin yığmasının və klublarının futzaldakı uğurları məni də maraqlandırdı. Deyə bilərəm ki, Azərbaycanda futzal futboldan çox qabaqdadır. Əvvəllər futzal oynasam belə, heç vaxt tribunadan oyun izləməmişəm. Düşünürəm ki, futbolla futzalı müqayisə etmək də tam düzgün deyil. Çünki fərqli fəlsəfələr, fərqli toplar və yanaşma müxtəlifliyi var.”
 

Qeyd edək ki, sabah start götürəcək “Dördlər finalı”nda Azərbaycanı “Araz” klubu təmsil edəcək.

 

0