[b]Marius Penanın “Xəzər Lənkəran”a keçidi niyə alınmayıb?[/b]
23.04.2014 - 12:57
[b]Marius Penanın “Xəzər Lənkəran”a keçidi niyə alınmayıb?[/b]

“Con Toşak ötən yay mənə zəng vurmuşdu”. Bunu apasport.az saytına “Bakı”nın rumıniyalı hücumçusu Marius Pena deyib.

 

Pena “Xəzər Lənkəran”ın onunla maraqlandığını etiraf edib. Belə ki, ötən mövsümün son 6 ayı ərzində qolçuluq bacarığını yaxşı tərəfdən nümayiş etdirdiyi üçün Marius yayda Lənkəran təmsilçisinin maraq dairəsinə düşübmüş. “Bakı”da 3 aya yaxın maaşını ala bilmədiyindən Pena özü də komandasını dəyişməkdə maraqlı idi.

 

Bununla belə, Pena “Xəzər Lənkəran”a keçidinin baş tutmasını Toşakın gedişi ilə əlaqələndirib: “Toşak menecerimlə də danışmışdı. Məni “Xəzər Lənkəran”da görmək istədiyini demişdi. Amma sonra Toşak istefa verdiyindən qışda keçidim alınmadı. Belə bir söhbət var idi”.

 

Qeyd edək ki, “Bakı”nın baş məşqçisi Milinko Pantiç gəldiyi gündən Marius Penaya az şans verir. Son vaxtlar isə Rauf Əliyevin yoxluğunda oynamaq şansı əldə etsə də, hücumçu özünü göstərə bilmir.

 

 

0