[b]Nəhs kubok[/b]
23.04.2014 - 13:55
[b]Nəhs kubok[/b]

Sabah futzal üzrə UEFA kubokunun “Dördlər finalı”na start veriləcək. Apasport.az saytının məlumatına görə, futzalda qitə miqyaslı yeganə klub turniri olan yarışın həlledici mərhələsi ilk dəfə Bakıda keçiriləcək.

Sayca nəhs – 13-cü dəfə təşkil olunan kuboka iddia edən 4 ən güclü komanda ölkəmizdə yarımfinal və final matçlarına çıxacaq. Tarixində 2-ci dəfə bu mərhələyə yüksələn Azərbaycan çempionu “Araz” 2009/10 mövsümündə əldə etdiyi bürünc medalların təsadüf olmadığını təsdiqləməyə çalışacaq.

Bakıda keçiriləcək final mərhələsinin iştirakçıları arasında kuboku hələ qazanmayan yeganə komanda Joze Alesionun yetirmələridir. Belə ki, həm “Dinamo” (Moskva, Rusiya), həm “Barselona” (İspaniya), həm də “Kayrat” (Qazaxıstan) hərəyə 1 dəfə UEFA kubokunu başı üzərinə qaldırıb. Sonuncular ötən mövsüm əldə etdiyi titulu qorumağa, kataloniyalılar isə 1 il əvvəl Gürcüstanda itirdikləri adı qaytarmaq iddiasındadır.

24 aprel
1/2 final,

18:30. "Kayrat" - "Dinamo"
21:00. "Araz" - "Barselona"

26 aprel
19:00. III yer uğrunda oyun
21:30. Final


Bütün oyunları Sərhədçi Olimpiya İdman Mərkəzində keçiriləcək turnirədək baş tutan 12 yarışın 6-da ispaniyalılar qalib gəlib. Digər Avropa ölkələrinin üst-üstə qazandığı titulların da sayı 6-ya bərabərdir. Klublar arasında isə “İntervyu” 3, “Kastelyon” (hər ikisi İspaniya) 2 dəfə UEFA kubokunun qalibi adını qazanıb.

Turnirin bütün qalibləri

2001/02. “Kastelyon” (İspaniya)
2002/03. “Kastelyon” (İspaniya)
2003/04. “İntervyu” (İspanya)
2004/05. “Şarlerua” (Belçika)
2005/06. “İntervyu” (İspanya)
2006/07. “Dinamo” (Moskva, Rusiya)
2007/08. “Viz-Sinara” (Rusiya)
2008/09. “İntervyu” (İspanya)
2009/10. “Benfika” (Portuqaliya)
2010/11. “Montesilvano” (İtaliya)
2011/12. “Barselona” (İspaniya)
2012/13. “Kayrat” (Qazaxıstan)
 

0