“İnter” hamıdan öndə
23.04.2014 - 14:09
“İnter” hamıdan öndə

Topaz Premyer Liqasında XXXI turun ən yaxşıları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “InStat Football” şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi statistik göstəricilərə əsasən “İnter”dən Abdulla Abatsiyev ən yaxşı oyunçusu olub.

Turun rəmzi yığmasında da “bankirlər” çoxluq təşkil edib. Burada “İnter”in 6 futbolçusu yer alıb.

Qapıçı – Andrey Popoviç (Sumqayıt)
Müdafiəçilər – Matija Spiçiç (İnter), Brüs Abdulaye (İnter), İdan Vaytsman (Simurq), Arif Daşdəmirov (İnter)
Yarımmüdafiəçilər – Mikel Alvaro (İnter), Abdulla Abatsiyev (İnter), Vaqif Cavadov (İnter), Sadio Tounkara (Xəzər Lənkəran)
Hücumçular – Uğur Pamuk (Sumqayıt), Ernest Nfor (Neftçi)
 

0