“Qəbələ” “Antalyaspor”a da uduzdu
23.04.2014 - 15:29
“Qəbələ” “Antalyaspor”a da uduzdu
“Qəbələ”nin 13 yaşadək futbolçulardan ibarət komandası Antalyada keçirilən V “Vodafone Cup” turnirində növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, təmsilçimiz IX-XVI yerlər uğrunda görüşdə meydan sahibi olan “Antalyaspor”la qarşılaşıb.

Görüşün əsas vaxtı heç-heçə başa çatıb. “Qəbələ” matçda 1 penalti imkanından yararlana bilməyib. Penaltilər seriyasında isə “Qəbələ” rəqibinə 4:5 hesabı ilə uduzub. İndi “Qəbələ” XIII-XVI yerlər uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, “Qəbələ” bundan öncə qrup mərhələsində “Qalaksi” (5:1), Dordtmund “Ayntraxt”ı (1:0), “Fənərbaxça” (0:1) və 1/8 finalda “Milan”la (0:1) qarşılaşıb.
 
0