“Barselona”nın baş məşqçisi “Araz”ı təriflədi - MÜSAHİBƏ
23.04.2014 - 16:22
“Barselona”nın baş məşqçisi “Araz”ı təriflədi - MÜSAHİBƏ

“Barselona”nın baş məşqçisi Mark Karmona UEFA Kubokunun “Dördlər finalı” öncəsi müsahibə verib. Apasport.az saytının məlumatına görə, Kataloniya təmsilçisinin çalışdırıcısı “Araz”la oyun haqqında da danışıb.

 

- Bu yarışa komanda nə dərəcədə vacib yanaşır?

- Komanda sürətli şəkildə qələbələri qazanmaqla yaxşı çıxış edir. Bu yarışa ötən mövsüm çıxartdığımız dərslər üzərində hazırlaşırıq. Ümid edirəm ki, zəif nəticə əldə etməyəcəyik. Əlbəttə, oyunçular turnirin həlledici mərhələsinə həvəslə hazırlaşır.

 

- Ötən mövsümkü məğlubiyyətdən sonra komandanın “Dördlər finalı”ndakı istəyi böyükdür?

- Komanda bu cür oyunlarda necə çıxış etməyi yaxşı bilir. Bizdə ötən ildən belə bir təcrübə var. Ümid edirəm ki, ötənilki təcrübə yaranan problemlərimizi aradan qaldırmağa kömək edəcək. Biz rəqiblərimiz arasında tab gətirməyə hazırıq.

 

- “Araz” haqqında nə deyə bilərsiniz?

- Bu, heyətinə yeni oyunçular qatmış bütöv bir komandadır. Onlara qalib gəlmək çox çətin olacaq. Ötən mövsümkü məşqçi ilə hazırlaşırlar. Çalışacağıq ki, mümkün qədər yaxşı oynamaqla finala çıxaq. Artıq biz onlara qarşı 2 dəfə oynamışıq. Ancaq hər 2 oyun fərqli olub. Fikrimcə, indiki “Araz”ın səviyyəsi əvvəlkilərdən daha yaxşıdır. Üstəlik, onlar meydan sahibidir ki, bu da onlara əlavə üstünlük qazandırır. Bu da bizə çox təhlükə yaradacaq.

 

- “Araz”ın güclü tərəfləri hansılardır?

- Onlar fiziki cəhətdən çox sərt komandadır. Bundan başqa, əminəm ki, biz yenidən praktiki cəhətdən bir yerdə çox oynamış futzalçılarla qarşılaşacağıq. Onlarla mübarizə aparmaq üçün yaxşı situasiya üzərində işləməliyik.

 

- Bu yarışda ancaq məqsəd qələbə olmalıdır...

- Mən də belə düşünürəm. Biz istisnasız olaraq “Araz”a qarşı yarımfinalda qələbəyə köklənmişik. Əgər bunu bacarmasaq, deməli, ortalıqda yaxşı bir şey yoxdur.

 

- Digər yarımfinal oyunu haqda nə deyə bilərsiniz?

- Bu oyun da çox gərgin keçəcək. Hər 2 komandanın böyük potensialı var və mənə proqnoz vermək çox çətindir. Çünki mən bir komandanın digərindən üstün olduğunu görmürəm. Fikrimcə, sərt oyun alınacaq.

 

0