Joze Alesio: Bu turnir ölkədə böyük əks-səda yaradacaq
23.04.2014 - 17:14
Joze Alesio: Bu turnir ölkədə böyük əks-səda yaradacaq

“İnanıram ki, komandam özünü göstərə biləcək”. Apasport.az xəbər verir ki, bu sözləri sabah futzal üzrə UEFA kubokunun  “Dördlər final”ının yarımfinal görüşündə “Barselona” ilə qarşılaşacaq “Araz”ın baş məşqçisi Joze Alessio deyib. O, oyundan öncə keçirilən mətbuat konfransında oyunlar bağlı fikirlərini bölüşüb: “Əminəm ki, bu turnir ölkədə böyük əks-sədaya səbəb olacaq və bundan sonra daha çox futzal komandaları yaradılacaq”.

İndi demək olmaz ki, “Araz”ın heyətini millinin oyunçuları üstünlük təşkil edir. İndi vahid birlik naminə oynayacağıq. Oyunçuların uyğunlaşması prosesi çox rahat keçir. Bununla belə, 100 faiz deyə bilmərəm ki, onlar tam hazırdırlar. Ancaq bu məni çox da narahat etmir. Çünki oyunçularım “Barselona”ya qarşı yüksək motivaisya ilə oynayacaq”

0