“Barselona”ya qoyulan transfer qadağası ləğv olundu
23.04.2014 - 17:16
“Barselona”ya qoyulan transfer qadağası ləğv olundu

FİFA aprelin əvvəlində “Barselona”ya transfer qadağası qoymuşdu. Apasport.az xəbər verir ki, buna səbəb katalonların 18 yaşa qədər olan futbolçuların transferində yol verdiyi ciddi nöqsanlar idi.

 

Araşdırmalardan sonra məlum olmuşdu ki, "Barselona" 2009-cu ildən bu yana müxtəlif vaxtlarda klubla yarışlara qatılmış gənc oyunçulara qarşı hüquqi qaydaları pozub. 

 

Ali futbol qurumu 18 yaşlı futbolçuları qorumaq üçün ispanları bir il müddətində transfer etmək hüququndan məhrum etmişdi.

 

Bu gün isə FİFA-nın rəsmi saytı “Barsa”lı fanatları sevindirəcək xəbər yayıb. Belə ki, Kataloniya klubunun etiraz müddəti bitənə qədər onlar transfer edə bilər.

 

FİFA-nın qərarından sonra "Barsa" etiraz etmiş və hətta məsələni İdman Arbitraj məhkəməsinə qədər daşımışdı.

 

 

0