Avropa Liqası: "Benfika" və "Sevilya"dan ev qələbəsi
25.04.2014 - 00:57
Avropa Liqası: "Benfika" və "Sevilya"dan ev qələbəsi

Avropa Liqasında yarımfinal mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, ilk oyunlar Pireney yarımadasında baş tutub.

 

İspaniyada iki yerli klub – “Sevilya” və “Valensiya” üz-üzə gəlib. Son illər həmyerlilərini məğlub etməkdə ixtisaslaşan “Sevilya” bu dəfə də ənənəyə sadiq qalıb. İlk hissədə 2 qol vuran sevilyalılar Valensiyaya nisbətən rahat yollanacaqlar.

 

“Benfika” isə Portuqaliyada “Yuventus”la görüşüb. 21 il əvvəl UEFA kubokunun 1/4 finalında lissabonluları mübarizədən kənarlaşdıran “Yuventus” neçə vaxtdır həsrətində olduğu finala vəsiqə iddiasındadır. 1968-ci ildə Kuboklar kubokunun yarımfinalında 2 dəfə turinlilərə qalib gələn “Benfika” isə 46 il sonra yenidən rəqibini dayandırmaq istəyir. Portuqaliyada keçən gərgin oyun "Benfika"nın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Hesabdakı sürüşkən fərq İtaliyadakı oyunun da gərgin olacağına təminat verir.  

 

Avropa Liqası

Yarımfinal, ilk oyunlar

24 aprel

“Sevilya” (İspaniya) – “Valensiya” (İspaniya) - 2:0

 Qollar: M Bia, 33; Bacca, 36

 

“Benfika” (Portuqaliya) – “Yuventus” (İtaliya) - 2:1

Qollar: Garay, 3; Lima, 84 - Tevez, 73

0