Kiyev “Dinamo”sundan Berdıyevə təklif
23.04.2014 - 19:42
Kiyev “Dinamo”sundan Berdıyevə təklif

Kazanın “Rubin” futbol klubunun keçmiş baş məşqçisi Qurban Berdıyevə Kiyev “Dinamo”suna başçılıq etmək təklif olunub. Apasport.az saytının məlumatına görə, bu barədə xəbər verən futbol agenti Aleksey Safonov Berdıyevin aktiv məşqçiliyə qayıtmağa hazır olduğunu iddia edib.

 

Hazırda Kiyev klubunu müvəqqəti olaraq komandanın keçmiş futbolçusu Sergey Rebrov çalışdırır. Rumıniya mətbuatı bu posta əsas namizəd kimi rumıniyalı mütəxəssis Dan Petreskunu göstərir. Petresku ayın əvvəlində Moskva “Dinamo”sundan istefaya göndərilib. Bəzi məlumatlara görə, İqor Surkis Petreskuya mövsüm ərzində 3,5 milyon avro ödəməyə hazırdır.

 

Berdıyev isə 2013-cü ilin dekabrında işsiz qalıb. O, bu ilin fevral-mart aylarında “Anji” klubunun bazasında bir neçə gün keçirərək Hacı Hacıyevə məsləhətlər verib.

 

 

0