Ferqüsson “Mançester Yunayted”ə şəxsən məşqçi tapacaq
23.04.2014 - 20:28
Ferqüsson “Mançester Yunayted”ə şəxsən məşqçi tapacaq

“Mançester Yunayted”in keçmiş baş məşqçisi Aleks Ferqüsson komandanın yeni baş məşqçisini tapmağa kömək edəcək. Apasport.az saytının məlumatına görə, yeni məşqçinin təyinatı zamanı Ferqüssonun rəyi həlledici olacaq.

 

Hazırda komandaya oynayan-məşqçi Rayn Qiqqz rəhbərlik edir. Amma onun daimi baş məşqçi olmaq şansları yoxdur. Birincisi, Qiqqz bunun üçün tələb olunan rəsmi lisenziya almayıb. İkincisi, onun məşqçi kimi təcrübəsi yox dərəcəsindədir.

 

“Mançester Yunayted”in baş məşqçisi postuna əsas namizədlər Hollandiya yığmasının baş məşqçisi Lui van Qall və “Real Madrid”in baş məşqçisi Karlo Ançelotti sayılırlar.

 

 

0