Teymur Rəcəbov: Karyeram ərzində kifayət qədər qələbələrim olub
23.04.2014 - 21:05
Teymur Rəcəbov: Karyeram ərzində kifayət qədər qələbələrim olub

"Shamkir Chess 2014" turnirində IV turda Hikaru Nakamurayla heç-heçə oynayan Teymur Rəcəbov partiyadan sonra mətbuat konfransında jurnalistlərin suallarına cavab verib. Apasport.az saytının məlumatına görə, Rəcəbov partiyadakı vəziyyəti belə dəyərləndirib: "Qara fiqurlarda vəziyyət fərqli idi. Bu mənada fikrimcə görüş heç-heçəyə gedirdi. O mənada qələbə üçün yol görünmürdü. Bəlkə də həmin gedişləri görmədim. Sabah Maqnusa qarşı mübarizə aparacam. Lakin mən başqa oyunlara nəzərə yetirmirəm. Əsas öz oyunumdur. Hər bir rəqibə maksimum hazırlaşıram və ona görə partiyaları rəqibə görə fərqləndirmirəm".

Medianın "son dəfə nə vaxt qələbə qazanmısınız?" sualına Rəcəbov belə cavab verib: "Karyeram ərzində kifayət qədər qələbəm olub. Son dəfə komandalar arasında Avropa çempionatında qələbə qazanmışam. Movsesyanla uğurlu partiyam olub. Həmin turnirdə Azərbaycan millisi çempion olub. Son 6 ay heç bir yarışda iştirak etmədiyimi nəzərə alsaq, həmin müddətdə qələbə qazanmamışam. Amma hələ karyeramı başa vurmaq barədə düşünmürəm. Qarşıda uğurlu nəticələr olacaq".

 

 

 

0