Hasan Şaşdan etiraf: Məni “Real”a qoymadı
23.04.2014 - 21:54
Hasan Şaşdan etiraf: Məni “Real”a qoymadı

 

“Qalatasaray”ın əfsanəvi futbolçularından olan Hasan Şaş zamanında “Real Madrid”ə keçməsinə mane olan səbəblərdən danışıb. Apasport.az saytının məlumatına görə, futbolçu bu səbəblərdən birinin də Fateh Terim olduğunu bildirib.

 

“Lig TV”də yayımlanan “21” proqramında çıxış edən Hasan Şaş 2002-ci il Dünya çempionatından sonra “Real”ın ona komandaya keçməyi təklif etdiyini bildirib: “Amma o zaman klubla bağlantılar indiki kimi şəffaf deyildi. İndiki kimi rahatlıq yox idi. Bizi istəyən klublardan heç xəbərimiz də olmurdu, bizə söyləmirdilər. Menecerlər də pul qazandıqlarından, o səbəbdən də ola bilər. Həyatımdakı ən böyük peşmanlıqlarımdan biridir. Əhvalım da çox qarışmışdı. Fatih xoca o zaman əhvalımın pis olması səbəbi ilə məni 8 həftə oyuna buraxmadı. Təkrar formaya düşməyim üçün məni azarkeşsiz matçda oynatmışdı”.

 

 

 

 

0