Bu həbsxana “Fənərbaxça” prezidentinə hazırlanır – FOTOLENT
24.04.2014 - 06:04
Bu həbsxana “Fənərbaxça” prezidentinə hazırlanır – FOTOLENT

 

Həbsə girməyə hazırlaşan “Fənərbaxça” prezidenti Əziz Yıldırım üçün həbsxana hazırlanır. Apasport.az saytının məlumatına görə, məşhur “qonaq” ayrıca həbsxanada qalacaq.

 

Əziz Yıldırıma Yenipazar İlçəsindəki cəza evinin hazırlanması təlimatı verilib. Yenipazar bələdiyyə başqanı Zəfər Savçı açıqlama ilə çıxış edərək Əziz Yıldırımın həbsxanaya girməsini istəmədiklərini bəyan edib: “Amma bu baş verərsə, iqtisadi və sosial baxımdan ona kömək etməyi düşünürük”.

 

Maraqlıdır ki, Əziz Yıldırım Yenipazar həbsxanasını özü seçib. Yıldırım 2012-ci ildə o zaman burada həbsdə olan keçmiş daxili işlər naziri Mehmet Ağarı ziyarət edib. Ağarla 45 dəqiqə görüşən “Fənərbaxça” başqanı həbsxananı yaxından görmək imkanı da tapıb.

 

 

 

 

 

 

0