Polşa AVRO-2020-dən imtina etdi
24.04.2014 - 08:00
Polşa AVRO-2020-dən imtina etdi

AVRO-2020-nin final mərhələsini keçirməyə iddia edənlərin sayı azalmaqda davam edir. Apasport.az saytının məlumatına görə, Polşa da namizədliyini geri götürməyə qərar verib.

 

Buna təşkilatçılıq üçün görülməli olan işlərin nəhəng həcmi və böyük xərclərin zəruriliyi səbəb olub. Polşa Futbol Federasiyası qitə birinciliyini qəbul edəcək 13 şəhər arasında təmsil olunmayacağını bəyan edib. Polşayadək Çexiya da analoji addım atmışdı.

 

Qeyd edək ki, AVRO-2020-nin təşkilatçılığına Bakının da namizədliyi verilib. UEFA yarışı qəbul edəcək şəhərlərin adlarını sentyabrın 25-də açıqlayacaq.

0