[b]Rəcəbov dünya çempionunu, Məmmədyarov Karuananı məğlub etdi [/b]
24.04.2014 - 21:00
[b]Rəcəbov dünya çempionunu, Məmmədyarov Karuananı məğlub etdi [/b]

Mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “Shamkir Chess-2014” turnirində bu gün V turun oyunları baş tutub. Apasport.az saytının məlumatına görə, Azərbaycan şahmatçıları - Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov liderlərə qarşı mübarizədən qalib ayrılıblar. 

 

Autsayderlikdən yaxa qurtara bilməyən Məmmədyarov Fabiano Karuana üzərində qələbə qazanıb. Rəcəbov isə dünya çempionu Maqnus Karlseni təslim olmağa məcbur edib.

 

24 aprel

V tur

Şəhriyar Məmmədyarov (Azərbaycan) - Fabiano Karuana (İtaliya) - 1:0

Maqnus Karlsen (Norveç) - Teymur Rəcəbov (Azərbaycan) - 0:1

Hikaru Nakamura (ABŞ) - Sergey Karyakin (Rusiya) - 0,5:0,5

 

Turnir cədvəli: Rəcəbov, 3 xal; Karlsen, Karuana, Karyakin, Nakamura – 2,5 xal; Məmmədyarov – 2 xal.

 

0