“Xəzər Lənkəran” – “Qəbələ” matçının hakimi bəli oldu
24.04.2014 - 09:48
“Xəzər Lənkəran” – “Qəbələ” matçının hakimi bəli oldu

Ölkə kubokunun yarımfinal mərhələsinin cavab oyunlarına hakim təyinatları açıqlanıb. Apasport.az PFL-in saytına istinadən xəbər verir ki, bütün oyunlarda altı hakimdən istifadə olunacaq.

 

Ən maraqlısı isə odur ki, FİFA hakimi Rəhim Həsənov Qəbələdə keçirilən ilk oyunda olduğu kimi, Lənkəranda keçirilən cavab matçında da iş başında olacaq.

 

24 aprel

17:00. “Rəvan” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Namiq Hüseynov, Zeynal Zeynalov, Orxan Məmmədov 
Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, Ömər Paşayev 
“Bayıl Arena” stadionu

 

19:00. “Xəzər Lənkəran” – “Qəbələ”
Hakimlər: Rəhim Həsənov, Rza Məmmədov, Yaşar Abbasov, Vüsal Əliyev 
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, İnqilab Məmmədov 
Lənkəran şəhər mərkəzi stadionu

0