Bakının namizədliyi ilə bağlı Sifariş kitabı UEFA-ya təqdim olundu - FOTO
24.04.2014 - 10:34
Bakının namizədliyi ilə bağlı Sifariş kitabı UEFA-ya təqdim olundu - FOTO

2020-ci ildə futbol üzrə Avropa çempionatının keçirilməsi üçün AFFA tərəfindən Bakı şəhərinin namizədliyi irəli sürülüb. Apasport.az saytının məlumatına görə, ötən ilin mayın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı şəhərinin namizədliyinin irəli sürülməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Sifariş kitabının hazırlanması və bununla bağlı təşkilati işlərin görülməsi AFFA-ya həvalə olunub. Artıq AFFA tərəfindən sifariş kitabı hazırlanıb və təyin olunmuş vaxtdan əvvəl UEFA-ya təqdim olunub.

Qeyd edək ki, Avro-2020-nin oyunlarına ev sahibliyi edəcək şəhərlər bu ilin sentyabrında müəyyənləşəcək.
 

0