Azərbaycan çempionu üçün yenə ispan səddi
24.04.2014 - 13:56
Azərbaycan çempionu üçün yenə ispan səddi

Futzal üzrə UEFA kubokunun bu gün keçiriləcək yarımfinal oyununda İspaniya təmsilçisi “Barselona”nı qəbil edəcək “Araz” tarixində 2-ci dəfə finalın 1 addımlığındadır. Apasport.az saytının məlumatına görə, 4 il əvvəl - 2009/10 mövsümündə də “Dördlər finalı”na yüksələn Naxçıvan təmsilçisi İspaniya klubu ilə üz-üzə gəlmişdi.

 

Portuqaliyada baş tutan həlledici mərhələyə “İntervyu” ilə qarşılaşma ilə başlayan Joze Alesionun yetirmələri 2:5 hesabı ilə yenilmişdi. İlk yarımfinal həm də ispaniyalılarla 1-ci duel idi. Həmin matç indiki oyun günündən 1 gün tez – aprelin 23-də baş tutmuşdu.

 

Bundan sonra “Araz” daha iki dəfə bu ölkə təmsilçisi ilə görüşüb.  2011/12 mövsümündə İspaniyada, 2012/13 mövsümündə Sloveniyada rəqib “Barselona” olub. Səfərdə 2:2 hesabı ilə kifayətlənən naxçıvanlılar neytral meydanda darmadağın yaşamışdı – 1:7.

 

 

0