“İnter”in futbolçuları əks qütblərdə
24.04.2014 - 13:58
“İnter”in futbolçuları əks qütblərdə

“İnter”in legioneri Abdulla Abatsiyev Topaz Premyer Liqasında rekorda imza atıb. Apasport.az saytının məlumatına görə, rusiyalı yarımmüdafiəçi çempionatımızda turun oyunçusu adına layiq görülən ən gənc futbolçudur.

 

“İnStat Football” şirkətinin hesablamalarına əsasən XXXI turda ən yaxşı seçilən Abdulla buna 20 yaş 8 aylığında nail olub. Bununla da milliləşən osetiyalı “Neftçi”də çıxış edən Emin Mehdiyevin göstəricisini arxada qoyub. Hələ ötən ilin avqustunda – I turun oyunçusu seçilən gənc 20 yaş 11 aylıq olarkən fərqlənmişdi.

 

Qeyd edək ki, cari mövsüm seçilənlər arasında ən yaşlısı Aleksandr İaşvilidir. XIV turun oyunçusu seçiləndə “İnter”in yarımmüdafiəçisi 36 yaş 1 aylıq idi.

0