“Qəbələ” Antalyada XVI oldu
24.04.2014 - 14:34
“Qəbələ” Antalyada XVI oldu

“Qəbələ”nin 13 yaşadək futbolçulardan ibarət komandası Antalyada keçirilən V “Vodafone Cup” turnirini XVI pillədə başa vurub. Apasport.az saytının klubdan əldə etdiyi məlumata görə, “Antalyaspor”a 1:2 hesabı ilə məğlub olan Ülfət Mədətovun yetirmələri sonrakı 2 görüşdə də məğlub olublar.

 

Belə ki, “Qəbələ” bundan sonra “Damlaspor”la qolsuz heç-heçə ilə başa çatan görüşdə penaltilər seriyasında məğlub olub – 4:5. Təmsilçimiz bu gün isə XV pillə uğrunda mübarizədə Danimarkanın BSV klubu ilə üz-üzə gəlib. Görüş 1:1 hesabı ilə başa çatıb. “Qəbələ”nin yeganə qoluna Rauf Məhərrəmov imza atıb. Ancaq penaltilər seriyasında “qırmızı-qaralar” yenə eyni hesabla (4:5) məğlub olub.

 

Qeyd edək ki, turnirin final görüşündə bu gün “Milan” və “Beşiktaş” qarşı-qarşıya gələcək.

0