Braziliyadan “Bayıl Arena”ya
24.04.2014 - 15:30
Braziliyadan “Bayıl Arena”ya

Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində baş tutacaq “Rəvan” – “Neftçi” oyununun heyətləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, ilk oyunda hərəyə 1 qol vuran Bakı klubları finala vəsiqə uğrunda mübarizədə güvənəcəkləri 18 futbolçunu müəyyənləşdirib.

Topaz Premyer Liqasının son turunda zədələnərək əvəzlənən Saşa Stamenkoviç və Braziliyadan yeni qayıdan Flavinyo bu dəfə ilk dəqiqələrdən “Neftçi”nin heyətində yer alıb. Əvəzində İqor Mitreski ehtiyatda qalıb. “Rəvan” isə penaltilər qaytarması ilə tanınan Lukas Sapelanı start heyətinə qaytarıb.

“Rəvan”: 1. Lukas Sapela, 4. Mitya Moreç, 7. Elvin Həsənəliyev, 8. Julio Sezar, 14. Xuan Manuel Varea, 18. Oke Akpoveta, 19. Hüseyn Axundov, 21. Novruz Məmmədov (k), 25. Ayaz Mehdiyev, 40. Mişel Balokoq, 41. Kamil Kopunek
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 10. Tyaqo de Souza, 11. Kamil Nurəhmədov, 17. Ramazan Abbasov, 20. Miloş Adamoviç, 24. Yamin Ağakərimzadə, 28. Boyan Markoviç
Baş məşqçi: Güvənc Kurtar

“Neftçi”: 30. Saşa Stamenkoviç, 2. Karlos Kardoso, 6. Rəşad Sadiqov (k), 7. Araz Abdullayev, 9. Flavio Aleks Valensio, 15. Erik Ramos, 16. Bruno Bertuççi, 23. Ruslan Qurbanov, 27. Məqsəd İsayev, 32. Elvin Yunuszadə. 90. Ernest Nfor
Ehtiyat oyunçular: 24. Ruzi Qiyaslı, 3. Denis Silva, 4. Tərlan Quliyev, 5. İqor Mitreski, 8. Elşən Abdullayev, 10. Cavid İmamverdiyev, 21. Samir Məsimov
Baş məşqçi: Böyükağa Hacıyev
 

0