“Qəbələ”nin futbolçusu ulduzların oyununda iştirak etdi
24.04.2014 - 16:18
“Qəbələ”nin futbolçusu ulduzların oyununda iştirak etdi
“Qəbələ”nin 13 yaşadək futbolçusu Antalyada keçirilən “All Stars Match”da iştirak edib. Apasport.az saytının məlumatına görə, müdafiəçi İdris İnqilablı V “Vodafone Cup” turnirinin iştirakçısı olan əcnəbi futboçuların komandasında türk oyunçulardan ibarət yığmaya qarşı oynayıb.

Ancaq görüş Nihat Kahveçinin rəhbərlik etdiyi türklərin komandasının 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bundan başqa, həmin oyundan əvvəl bu turnirə aid veriliş hazırlanıb ki, burda qonaq qismində “Qəbələ”nin futbolçusu Orxan Abdullayev çıxış edib.

Qeyd edək ki, legionerlər yığmasına Türkiyə millisinin və “Bursaspor”un sabiq baş məşqçisi Zepp Piontek rəhbərlik edib.
 
0