Rövnəq Abdullayev Borislav Mixaylovla görüşüb - FOTO
24.04.2014 - 16:41
Rövnəq Abdullayev Borislav Mixaylovla görüşüb - FOTO

AFFA prezidenti Rövnəq Abdullayev bu gün Bolqarıstan Futbol Federasiyasının başçısı Borislav Mixaylovla görüşüb. Apasport.az saytının məlumatına görə, Bakıda keçirilən futzal üzrə UEFA kubokunun final mərhələsinin oyunları ilə əlaqədar ölkəmizə gələn qonaq səfərindən məmnun qalıb.

 

Görüşdə iki ölkənin futbol federasiyaları arasında qarşılıqlı əməkdaşlıq müzakirə edilib. Bundan başqa, qurum başçıları futzal üzrə UEFA kubokunun final mərhələsinin yüksək səviyyədə təşkil olunması barədə geniş fikir mübadiləsi aparılıblar.

 

Qeyd edək ki, Mixaylov həm də UEFA İcraiyyə Komitəsinin üzvü, qurumun Futzal və Çimərlik Futbolu Komitəsinin sədridir.

 

0