Mustafa Dənizli: Bizim üçün intihar kimidir
24.04.2014 - 20:45
Mustafa Dənizli: Bizim üçün intihar kimidir

“Xəzər Lənkəran” klubunun baş məşqçisi Mustafa Dənizli Azərbaycan kubokunun yarımfinalında uduzmalarını şərh edib. Apasaport.az saytının məlumatına görə, kubokla vidalaşmalarının onlar üçün intihar etmək kimi bir şey olduğunu vurğulayıb: “Mövsümün ən baxımlı, sürətli başlanğıcını oynadıq. Lakin buraxılan səhv qapımıza qolla nəticələndi. Oyunun əvvəlindən yüksək templə oynamağımız nəticə versəyfi, nəyəsə ümid edə bilərdik. Risk etməliydik, amma alınmadı. Futbolçuları mən seçmişəm, heç kim “bu və ya digər futbolçunu heyətə gətirməliyik” sözünü mənə deməyib”.

 

 

0