"Xəzər Lənkəran" azarkeşləri bazaya hücum çəkib, Mustafa Dənizlini istefaya səslədilər
24.04.2014 - 20:55
"Xəzər Lənkəran" azarkeşləri bazaya hücum çəkib, Mustafa Dənizlini istefaya səslədilər

"Xəzər Lənkəran"ın Premyer Liqadakı uğursuzluqdan sonra ölkə kubokunda da finala çıxa bilməməyi cənublu azarkeşlərin səbr kasasını daşırıb. Apasport.az saytının xəbərinə görə, fanatlar hələ "Qəbələ" ilə kubokun cavab matçının sonlarından etibarən öz narazılıqlarını müxtəlif şüarlarla dilə gətiriblər.

Qarşılaşmadan sonra isə onlar klubun bazasına hücum çəkiblər.

Onlar içəri daxil olaraq, burada "İstefa", "Rednik" kimi şüarlar səsləndiriblər.

Son günlərə qədər ona böyük ümidlər bəsləyən cənublu azarkeşlər finala çıxa bilmədiklərinə əmin olduqdan sonra onun da postundan getməsini tələb edirlər. Onun isə Redniklə əvəzlənməsi lənkəranlı azarkeşlərin ən böyük arzusudur desək, yanılmarıq.

Qeyd edək ki, "Xəzər Lənkəran" "Qəbələ"yə ilk oyunda 0:3 hesabıyla uduzduqdan sonra cavab matçında sadəcə 1:1 hesablı heç-heçə ilə kifayətləndi və finala çıxa bilmədi. Premyer Liqada isə bu komanda hazırda 7-ci pillədə qərarlaşıb və bu gedişlə heç bir uğur qazana bilməyəcək. Belədə, "Xəzə Lənkəran"ın 10 illik yubileyində uğur qazanmaq istəyi baş tutmamış qalacaq (futbolinfo.az).

 

0