Joze Alesio: Bəxtimiz gətirmədi
24.04.2014 - 23:32
Joze Alesio: Bəxtimiz gətirmədi

“Araz” futbol klubunun baş məşqçisi Joze Alesio UEFA Kubokunun “Dördlər Finalı”nın yarımfinalında “Barselona”ya məğlubiyyətlərini şərh edib. Apasport.az saytının məlumatına görə, braziliyalı mütəxəssis penaltilər seriyasında uduzmalarını bəxtlərinin gətirməməsi kimi dəyərləndirib.

 

Alesio oyunçularının bacardıqları hər şeyi etdiklərini vurğulayıb: “Bizim çox ciddi rəqibimiz vardı. Biz penaltilər seriyasında uduzduq. Bu lotereyadır. Məşqlərdə penaltilərə diqqət yetirmişik? Əlbəttə, daima penalti vururduq. Bəxtimiz gətirmədi. Dörd il əvvəl Ukraynanı penaltilər seriyasında məğlub etdik. Bu dəfə məğlub olduq”.

 

 

0